Şirkət haqqında

“Eldar Electric” MMC 20 ildən çox təcrübəsi ilə elektronika və elektrik avadanlıqlarının paylanmasında dünya lideridir, biz riayət etdiyimiz çox sadə bir prinsiplə bazarda çox böyük etibar qazanmışıq: İŞ İLƏ ETİBAR QAZAN”. Biz gözləniləndən daha da yüksək səviyyəyə doğru inkişaf etmək üçün kifayət qədər nüfuz əldə etmişik. 

Ən məşhur iki UPS (kəsintisiz güc mənbəyi) markası olan   (American Power Conversion) və paylanmasına etimad edən “Eldar Electric” MMC Nobel Oil, Socar, BP, OGPC, Azpromo, Petkim, Statoil, CET kimi bir çox böyük yerli və xarici müştərilər üçün sənaye və ofis bazarında strateji təchizatçıya çevrilmişdir. Biz Gürcüstan, Türkiyə və Qazaxıstanda bir çox uğurlu layihələr həyata keçirməkdən don dərəcə qürur duyuruq.

Yüksək təcrübəli və peşəkar mühəndis komandasına malik, elektrik sistemlərinin bütün sahələrində səriştəliklə proqramlara texniki dəstək , müştərilər üçün layihələndirmədə həllər təklif edən “Eldar Electric” MMC tam şəkildə xidmət göstərən elektrik sistemləri üzrə konsaltinq və mühəndislik şirkətidir.

Biz davamlı şəkildə məhsulların və xidmətlərin geniş həcmdə birləşdirilməsini təklif edərək müştərilərimizin tələblərinə cavab verməyə çalışırıq. Müştəri məmnuniyyətini təmin etmək üçün çox böyük səy göstəririk və son 17 ildə qurduğumuz müştəri əlaqələri ilə olduqca qürur duyuruq.

Müştərilərə xidmət və müştəri məmnuniyyətinin böyük əhəmiyyət daşıdığına inanırıq. Bizim iş fəlsəfəmiz çox sadədir: vədlərimizi yerinə yetirmək və daha sonra nüfuzumuz və etibarımızla verdiyimiz sözlərin üstündə durmaq. Biz sadəcə müştəri siyahıları deyil, dəyərli əlaqələr qururuq.