Məhsullar

Ən məşhur iki UPS markası olan APC və Gutor-un paylanmasına etimad edən “Eldar Electric” MMC Nobel Oil, Socar, BP, OGPC, Azpromo, Petkim, Statoil, CET kimi bir çox böyük yerli və xarici müştərilər üçün sənaye və ofis bazarında strateji təchizatçıya çevrilmişdir.

Batareyaların idarə olunması

Stasionar UPS batareyaları üçün batareyaların intellektual yolla doldurulması və məsafədən idarə olunması sistemi. APC Korporasiyasının Batareyaların İntellektual yolla Doldurulmasını İdarəetmə Sistemindən yan keçməyin.

Xüsusiyyətləri

APC Korporasiyasının Batareyaların İntellektual yolla Doldurulmasını İdarəetmə Sistemi UPS batareyalarının optimal şəkildə doldurulmasını və istifadəyə hazırlanmasını təmin edir. Brauzerə çıxış imkanı və rəfə quraşdırılması mümkün olan bu sistem batareyanın yoxlanılması və sınaqdan keçirilməsi prosesi ilə fərdi gücləndirilmiş (sürətləndirilmiş) doldurma prosedurunu bir arada birləşdirərək batareyanın ən yüksək keyfiyyətini təmin edir. Sizin üstün tutduğunuz binaları avtomatlaşdırılmış idarəetmə sisteminə inteqrasiya və ya Veb brauzerindən istifadə sizin batareyalarınızın nə dərəcədə sağlam olmasını və ümumi vəziyyətini görüntüləmək imkanını təmin edir. Batareyalarla bağlı problemləri onlar sıradan çıxmazdan öncə yoluna qoyun.

İmkanları

  • Batareyanın qüsurlarının aşkar edilməsi - Otağı və batareyaların temperatur dəyişikliklərini ayrı-ayrılıqda yoxlayaraq, istiliklə bağlı yaranmış nasazlığı, qısaldılmlş xanalar, açıq şəbəkə və qüsurlu batareyanı aşkar edir.
  • Qüsurla bağlı məlumatlandırılma - Problemlərlə bağlı xəbərdarlıq etməklə, böhranlı vəziyyətlərin vaxtında aradan qaldırılmasını təmin etməyə imkan verir
  • Batareyaların ayrı-ayrılıqda/fərdi doldurulması - Tamamlayıcı/əlavə fərdi doldurma sistemi hər bir batareyanın tam doldurulmasını təmin etməklə yanaşı, həddən artıq doldurulma üzündən batareyanın vaxtından əvvəl köhnəlməsinin qarşısını almağa kömək edir.
  • Batareyanın fərdi şəkildə yoxlanması - Gərginlik və cərəyanın yoxlanması ayrı-ayrı UPS batareyalarının istifadəyə hazırlılığını və yalnız zəruri hallarda başqası ilə əvəz olunmasını təmin edir.

Nəzarətolunma imkanları

  • Baruzerə Çıxış İmkanları - İstifadəçi interfeysinə brauzer vasitəsilə baxış və ya interfeysin görüntülənməsi. Proqram təminatı qoşmağa ehtiyac olmadan, istənilən yerdə şəbəkəyə dərhal çıxış imkanı yaradır.
  • Binalara avtomatlaşdırılmış nəzarət sisetminə inteqrasiyası - Həyəcan siqnalları və verilənlərin daxiledilmə nöqtələri barədə məlumatları (qrafik nöqtələri üzrə verilənləri) göndərməklə, bina infrastrukturundakı böhranlı vəziyyətləri tək bir sistemdən idarə etməyinizə imkan verir.
  • Məlumatların qeydiyyatı jurnalı - Problemlərin həlli çətinləşmədən əvvəl onları müəyyən edir və məlumatların/verilənlərin qeydiyyatı jurnalını təhlilə göndərir.
  • Hadisələrin qeydiyyatı jurnalı - Xoşagəlməz/bədbəxt hadisəyə aparıb çıxaran hadisələrin baş vermə vaxtını və ardıcıllığını hadisələrin qeydiyyatı jurnalında göstərərk dəqiq təyin edir.
  • Telnet Nəzarəti - Batareyanın məsafədən idarə olunmasına çıxış imkanı yaratmaq üçün sadə telnet sessiyası və SSH ilə təmin edir.

Marketinq xüsusiyyətləri

  • Batareyanın qüsurlarının aşkar edilməsi - Otağı və batareyaların temperatur dəyişikliklərini ayrı-ayrılıqda yoxlayaraq, istiliklə bağlı yaranmış nasazlığı, qısaldılmlş xanalar, açıq şəbəkə və qüsurlu batareyanı aşkar edir.
  • Qüsurla bağlı məlumatlandırılma - Problemlərlə bağlı xəbərdarlıq etməklə, böhranlı vəziyyətlərin vaxtında aradan qaldırılmasını təmin etməyə imkan verir
  • Batareyaların ayrı-ayrılıqda/fərdi doldurulması - Tamamlayıcı/əlavə fərdi doldurma sistemi hər bir batareyanın tam doldurulmasını təmin etməklə yanaşı, həddən artıq doldurulma üzündən batareyanın vaxtından əvvəl köhnəlməsinin qarşısını almağa kömək edir.
  • Batareyanın fərdi şəkildə yoxlanması - Gərginlik və cərəyanın yoxlanması ayrı-ayrı UPS batareyalarının istifadəyə hazırlılığını və yalnız zəruri hallarda başqası ilə əvəz olunmasını təmin edir.

Başqa batareyalarla uyğunluğu

  • Uyğun batareyalar - VRLA və ya maye ilə işləyən 2-, 4-,8- və ya 12v batareyaları
    Nikel-kadmium 1.2 və ya 2.4v batareyaları (AP9921X)

Mühafizə

  • Təhlükəsizlik Kodu - İstifadəçi tərəfindən seçilən təhlükəsizlik kodu vasitəsilə mühafizə icazəsiz girişlərin LDAP və Fəal Direktoriya serverləri müqabilində qarşısını alır.
  • Yalnız Oxuma Girişi - Konfiqurasiyaya icazəsiz dəyişikliklər edilməsi riski olmadan şərikli giriş imkanı